Bu yataqlarda 7 qanunsuz hasilat faktı müəyyənləşdi

Bu yataqlarda 7 qanunsuz hasilat faktı müəyyənləşdi

Dağ-mədən sənayesinə məxsus sahələrdə qeyri-qanuni istismar fəaliyyətlərinə qarşı intensiv mübarizə aparılır.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən bildirilib.

Agentlik Yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə Xəzər rayonunda yerləşən “Türkan-I” və “Türkan-II” əhəngdaşı yataqlarında qanunsuz istismar fəaliyyətinə qarşı mübarizə işləri çərçivəsində monitorinqləri davam etdirir.

İyulun 10-da keçirilən monitorinqdə media nümayəndələri də iştirak ediblər.

Agentliyin İdarə Heyətinin sədr müavini Elçin Məcidov bildirib ki, həmin yataqlarda 2023-cü il ərzində qanunsuz istismar fəaliyyətinə qarşı mübarizə işləri çərçivəsində biri naməlum olmaq şərtilə ümumilikdə icazə sənədi olmadan 9 qanunsuz hasilat faktı müəyyən olunub, 9 akt və 8 inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd olunub ki, ötən dövr ərzində “Türkan-I” və “Türkan-II” əhəngdaşı yataqlarında qanunsuz istismar fəaliyyətinə qarşı mübarizə işləri çərçivəsində üçü naməlum olmaq şərtilə ümumilikdə icazə sənədi olmadan 7 qanunsuz hasilat faktı müəyyən olunub.

Faydalı qazıntı yataqlarının qənaətlə və təhlükəsiz istismarının təmin edilməsinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin başlıca fəaliyyət prinsiplərindən biri olduğunu diqqətə çatdıran E.Məcidov fikirlərinə belə davam edib: “Yeri gəlmişkən, dağ-mədən sənayesi ilə məşğul olan sahibkarları bir daha Yer təkindən istifadə zamanı diqqətli olmağa, qanunlara riayət etməyə çağırırıq. Çünki istismar zamanı ekoloji duruma, ətraf mühitə və perspektivə həssas yanaşmalıyıq. Agentlik Yer təkindən istifadə üzrə müntəzəm hərraclar elan edir. Özünün “meda.gov.az” rəsmi internet səhifəsində iştirak qaydalarını paylaşır və sahibkarları hərraca dəvət edir. Sahibkarlar müvafiq qaydalar üzrə tələb olunan sənədləşmə şərtlərini yerinə yetirməklə həmin hərraclarda iştirak edə, dağ-mədən sahəsində qanunvericiliyə uyğun istismar fəaliyyətlərini icra edə bilərlər. İndiyə qədər 400-ə qədər hərrac keçirilib”.

Teqlər: