Texnoloji inkişaf, rəqəmsallaşdırma informasiyanın sürətlə yayılması ilə bərabər, yalan məlumatın da yayılmasına səbəb olur.
AzerTimes Report-a istinadla xəbər verir ki, bunu II Qlobal Media Forumunun ikinci iş günündə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir.