Son bir ildə Naxçıvan Mərkəzi Xəstəxanasından 27 həkim işdən çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə Ovqat.com məlumat yayıb.
Bildirilib ki, Naxcivan MR-də aparılan struktur dəyişikliklərindən sonra Səhiyyə Nazirliyindən xəstələrdən əlavə ödənişlərin alınmamasıyla bağlı tapşırıq verilib. Nəticədə xəstə sayında bir neçə dəfə artım olub ki, bu da həkim çatışmazlığı probleminə yol açıb, həkimlərin iş yükü kəskin artıb.
“Həkimlər iş saatından əlavə işləməyə məcbur edilir, əlavə növbələrə salınır, hətta növbədən çıxan həkimlər belə evə buraxılmırlar. İstirahət günləri növbəyə cəlb olunan həkimlərə isə ertəsi gün də istirahət verilmir. Növbə pulu, işdən sonra çağırılan həkimlərə xüsusi ödəniş, əlavə sığorta və s. ödənilmir”, – məlumatda qeyd edilib.
Bu gərginliyə dözməyən həkimlər işdən uzaqlaşıblar.