“Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılıb.
AzerTimes-ın məlumatına görə, qanun layihəsi onkoloji xəstələrin,
eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial
müavinət və (və ya) əmək pensiyası almaq hüququnu
müəyyənləşdirir.
Layihə “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” qanun layihələrinə uyğunlaşdırma xarakteri daşıyır
və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin
gücləndirilməsinə xidmət edir.
Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul
edilib.