Bu xanıma Milli Məclisdə yüksək vəzifə verildi – Foto

Bu xanıma Milli Məclisdə yüksək vəzifə verildi – Foto

Milli Məclisin aparatında yeni təyinat baş tutub.

AzerTimes Bakupost.az-a istiandən xəbər verir ki, İlhamə Turabova parlamentin aparatının Məxfi sənədlərlə iş sektoruna müdir təyin edilib.

Hüquqşünaslıq ixtisasına malik dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə” və “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, İlhamə Turabova 2022-ci ildən Fövqəladə Hallar Nazirliyinin (FHN) hüquq idarəsinin rəisi vəzifəsində çalışıb. O, 2024-cü ilin may ayında bu vəzifədən azad edilib.

Teqlər: