Bu xanım NATO-nun baş katibi ola bilər

Bu xanım NATO-nun baş katibi ola bilər

Estoniyanın keçmiş Baş naziri Kaja Kallas NATO Baş katibi ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə Brüsseldəki mənbə məlumat yayıb.

Bildirilib ki, hazırda bu vəzifəyə ən real namizədlərdən biri Kaja Kallasdır.

Xatırladaq ki, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Norveçli diplomat bu vəzifəyə 2014-cü ildə təyin olunub. Bu il martın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Y.Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər.

Teqlər: