15 iyun xalqımız üçün əsl dönüş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında müstəsna rol oynayan, öz doğma xalqı üçün əlindən gələni əsirgəməyən Ulu Öndər Heydər Əliyevdir. Milli Qurtuluş Günümüz mübarək!
AzerTimes xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov Tvitter hesabında yazıb.