Ukraynanın Zaporojye və Xerson vilayətlərində rus işğalçılarının təxminən 25 batalyon taktiki qrupu var.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko deyib.
“Heç kim bu bölgələrdə faktiki olaraq neçə düşmən əsgərinin olduğunu dəqiq görməyib. Deyirlər ki, Rusiyanın Xerson və Zaporojye vilayətində 25-ə yaxın batalyon taktiki qrupu var. Nə olsun? Burada heç kim onlardan qorxmur, heç kim onlardan qaçmayacaq”, – o bildirib.