Bu vəzifəli şəxs işdən çıxarıldı

Bu vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan şəhəri 4 saylı Dairə Seçki Komissiyasının sədri Çingiz Həsənli vəzifəsindən azad edilib.

AzerTimes Modern.az-a istinadən xəbər verir ki, o, komissiyanın üzvlüyündən çıxarılıb.

Qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib. Onun əvəzinə Ramil Sadıqov təyin edilib.

Qeyd edək ki, Çingiz Həsənli bir müddət əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O, hazırda Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədridir.

Teqlər: