Bu universitetin rektoru təqaüdə göndərilir

Bu universitetin rektoru təqaüdə göndərilir

Bakı Mühəndislik Universitetinin rektoru yaxın vaxtlarda təqaüdə göndərilə bilər.

AzerTimes Qaynarinfo-ya istinadla xəbər verir ki, universitetin rektoru, 78 yaşlı Havar Əmir oğlu Məmmədovun təqaüdə göndərilməsinə səbəb yaş həddi ilə əlaqədardır.

Rektorun yerinə kimin təyin ediləcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, 1945-ci il iyulun 1-də İmişli rayonu Qızılkənd kəndində anadan olan Havər Məmmədov 2017-ci il martın 16-da Prezidentin sərəncamı ilə yeni yaradılmış Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Teqlər: