Bu universitetin 8 tələbəsi qızılcaya yoluxdu

Bu universitetin 8 tələbəsi qızılcaya yoluxdu

AzTU-da (Azərbaycan Texniki Universiteti) ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Report-a universitetdən bildirilib.

Qeyd olunub ki, həmin tələbələr izolyasiya olunublar:

“Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib”.

Teqlər: