Bu universitetin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub

Xəbər - Humay Ağacanova – Trend:

Tədris başlayandan indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 100-ə yaxın tələbə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Bu barədə Trend-ə ADPU-nun mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib.

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib.


“Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb”-, deyə o qeyd edib.

Teqlər: