Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Birliyinin (AB) ölkəsinin birliyə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarını şərh edib.
AzerTimes xəbər verir ki, Zelenski X şəbəkəsində paylaşımında bunu bütün Avropanın qələbəsi adlandırıb.
“Ukrayna üçün qələbə… Bütün Avropa üçün qələbə… Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə…”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, AB Gürcüstana namizəd statusunu verilməsi ilə bağlı qərar verib. Eyni zamanda Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqlar başlanacaq.