Ukraynanın Kursk bölgəsinə hücumunu nəzərə alaraq, Rusiyanın Ukrayna münaqişəsinə son qoyulması ilə bağlı yeni tələbi Kiyev hakimiyyətinin kapitulyasiyası ola bilər.
AzerTimes xəbər verir ki, bunu braziliyalı geopolitik Pepe Eskobar “RİA Novosti”yə müsahibəsində deyib.
“Bu, birbaşa döyüş meydanında baş verənlərlə bağlıdır, şərait fərqlidir. Əslində bu, qeyd-şərtsiz təslim olmaq deməkdir. Əvvəlcə Rusiya Kursk bölgəsini təmizləməyə bir müddət sərf edəcək, sonra isə Kiyevin təslim olması üçün qoşunlarının irəliləməsi və “artilleriya sunamisi” ilə hədələyəcək. Moskvanın bunu fasiləsiz davam etdirmək üçün silahı, vasitələri və strateji imkanları var”, – o bildirib.