Ukrayna hakimiyyətinin Rusiyanı məğlub etməyə çalışmaqdan ibarət meqalomaniyası Ukraynada nüvə fəlakətinə səbəb ola bilər.
AzerTimes xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İnin bacısı, Koreya Əmək Partiyasının Mərkəzi Komitəsi sədrinin müavini Kim Yo Çjon deyib.
Onun fikrincə, Ukraynan tərəfinin ABŞ-ın nüvə silahlarının yerləşdirilməsi və ya özünün inkişafı ilə bağlı bəyanatları ölkənin və onun xalqının taleyini təhdid edən təhlükəli siyasi ambisiyaların təzahürüdür.