Bu, beynəlxalq ədalət və Ukrayna xalqı üçün mühüm qərardır.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell Haaqa məhkəməsinin Putinin həbsinə order verməsini şərh edərkən bildirib.
“Biz Avropa Birliyində həmişə açıq şəkildə bildirmişik ki, Ukraynaya qarşı qanunsuz təcavüzün günahkarları məsuliyyətə cəlb edilməlidir”, – Borrell qeyd edib.