Misir, Qətər və ABŞ nümayəndələri iyunun 5-də Qəzza zolağında atəşkəslə bağlı danışıqların bərpası yollarını müzakirə edəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, Dohada keçiriləcək iclasda Misiri təhlükəsizlik qüvvələrinin rəhbərləri təmsil edəcək.