Burkina-Faso, Mali və Niger Sahel bölgəsində kollektiv müdafiə təşkilatı yaradıb.
AzerTimes xəbər verir ki, bu barədə Malinin müvəqqəti prezidenti Assimi Qoita məlumat verib.
Qeyd edək ki, Liptako-Qurma tarixi bölgəsi Burkina-Faso, Mali və Nigerin sərhəd bölgələrində yerləşir. Hazırda onun ərazisində radikal silahlı qruplar fəaliyyət göstərir.