Bu, türklərin aktivləşməsini zəruri edir – Kamrani

Bu, türklərin aktivləşməsini zəruri edir – Kamrani

Hədəfimiz Avropada yaşayan çox sayda azərbaycanlı və digər türk soydaşlarımızla birgə aksiya keçirməkdir. Vətənimiz Azərbaycanın və İrandakı başqa türklərin hüquqlarını qorumaq, eyni zamanda beş aydan artıqdır davam edən etirazlar nəticəsində ortaya çıxmış siyasi durum biz türklərin dayanışma və aktivləşməsini zərurəti edib.

Bu sözləri AzerTimes-a (Güney) Azərbaycan Mərkəz Partiyasının üzvü Elyar Kamrani deyib.

O, Brüsseldə keçiriləcək aksiyanın planından da danışıb:

“Avropada yaşayan türklər olaraq meydanda olmalı və fəaliyyətimizi koordinasiyalı şəkildə davam etdirməliyik. Bir araya gələrək, bundan sonra aksiyaları düzənlı şəkildə aparmaqla bağlı bəzi təşəbbüsə qərar verdik. Martın 25-də Brüsseldə keçiriləcək aksiyanın təşkili üçün yaradılan qrup üzvləri “Zum konfrans” keçirdi. Konfransda 100-ə yaxın insan iştirak etdi və çox uğurlu keçdi. Gördük ki, maraq böyükdür. 30-a yaxın insan Koordinasiya Mərkəzinə seçildi. Qərara alındı ki, aksiyanın keçiriləcəyi yer ilə bağlı izn alınsın. Yaxın günlərdə kimlər sözçü seçiləcək, aksiya necə təşkil olunacaq – bununla bağlı qərarlar veriləcək. Konfransda azərbaycanlılarla yanaşı, Anadolu türkləri, qaşqaylar da yaxından iştirak edirdi. Bu isə onu göstərir ki, uğurlu bir iş olacaq. Habelə, bütün millətimizin və fəallarımızın dəstəyini gözləyirik”, – o bildirib.

Teqlər: