Bu, Türkiyənin əlindədir! – Niinistö

Bu, Türkiyənin əlindədir! – Niinistö

NATO-ya üzv olmağımız Türkiyənin əlindədir.

AzerTimes xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Ankara əgər bildirsə ki, sadəcə Finlandiyanın üzvlüyünü qəbul edirik. Bu, bizim üçün çox çətin vəziyyət yaratmış olacaq. “Xeyr, ərizəmizi geri götürürük” deyəcəyik? Əlbəttə ki, yox. Bunu deyə bilmərik. Finlandiya İsveçlə birlikdə üzvlük ərizəsini doldurmaqla üzərinə düşəni edib. Qərar qəbul etmək Türkiyənin əlindədir”, – ölkə başçısı vurğulayıb.

Teqlər: