Bu, Türkiyə və Rusiyadakı layihələrə ziyan vurur

Bu, Türkiyə və Rusiyadakı layihələrə ziyan vurur

Ödəniş köçürmələri ətrafında yaranmış vəziyyətə görə Türkiyə və Rusiya arasında özəl sektorda bir sıra birgə layihələr təhlükə altındadır.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” mənbələrə istinadən məlumat yayıb.

“Həqiqətən ümid edirik ki, problem bu həftə həll olunacaq. İki ölkənin birgə biznes layihələri böyük risk altındadır. Bizə bildirilib ki, aidiyyəti qurumlar problemi həll edir”, – mənbə bildirib.

Xatırladaq ki, türk bankları Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb. Vəziyyət Ağ Evin dekabrın 22-də Ukraynadakı müharibədə Rusiyaya yardım edən xarici şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar haqqında fərman verməsindən sonra kəskin şəkildə pisləşib. Fərman Vaşinqtona Rusiyaya qarşı sanksiyaları pozduqlarına görə xarici bankları Amerika maliyyə sistemindən ayırmağa imkan verir.

Teqlər: