Bu, Türkiyə tarixinin ən yüksək göstəricisidir – Ərdoğan

Bu, Türkiyə tarixinin ən yüksək göstəricisidir – Ərdoğan

İnkişaf etmiş və etməkdə olan ölkələrin böyük bir qismi siyasi qeyri-müəyyənliklər və buna bağlı sosial təhlükələrlə üzləşir. Dünyada təsirini davam etdirən bütün bu hadisələrə baxmayaraq, Türkiyə hədəfləri istiqamətində qətiyyətlə irəliləyir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal gərginliklərin dünya iqtisadiyyatına mənfi təsirlərindən bəhs edərkən bildirib.

Qeyd olunub ki, Türkiyə son dövrlərdə ixracatda əldə etdiyi yüksəlişi yanvar ayında da davam etdirib. Belə ki, yanvar ayında ixracat rəqəmləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 20 milyard dollar olub. Bu da Türkiyə tarixinin yanvar ayı üzrə ən yüksək göstəricisidir.

Teqlər: