Qırğızıstanda soyuq hava şəraiti ilə əlaqədar bütün təhsil müəssisələrində əyani təhsilin dayandırılması və dərslərin onlayn keçirilməsi qərara alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkədə soyuq hava şəraiti ilə əlaqədar bu gündən gələn həftəyə qədər tədris onlayn qaydada keçiriləcək. Digər regionlarda isə onlayn dərslərin nə vaxta kimi davam edəcəyi ilə bağlı isə məlumat verilməyib.
Qeyd edək ki, ötən gecə Bişkekdə 22 dərəcə şaxta qeydə alınıb.