Qırğızıstanda nağd dollar qıtlığı yaranıb.
AzerTimes əbər verir ki, bu barədə məlumat Qırğızıstan Mərkəzi Bankının məlumatında əks olunub.
Bildirilib ki, bunun əsas səbəbi valyuta tədarük zəncirinin pozulması və məzənnə fərqinə görə gəlir əldə etmək üçün əhalinin spekulyasiyası olub.
Qıtlığı aradan qaldırmaq üçün MB bir sıra antiböhran tədbirləri elan edib, o cümlədən kommersiya bankları, valyutadəyişmə məntəqələri və mikromaliyyə təşkilatları tərəfindən ölkədən nağd dolların çıxarılmasına qadağa qoyub. Eyni zamanda, Mərkəzi Bank vurğulayıb ki, ölkə qanunvericiliyi kapitalın sərbəst hərəkətini təmin edir, ona görə də digər hüquqi şəxslər, eləcə də bütün fiziki şəxslər sərbəst şəkildə xarici valyutanı idxal və ixrac edə bilərlər.
Milli Bank yerli kredit təşkilatlarının məlumatlarına istinad edərək, dolların nağdlaşdırılması üzrə komissiyanın 0,5 faizdən 4 faizə yüksəldiyini bildirib.