Bazar günü keçirilən parlament seçkilərində iştirak edən beş partiyanın hamısı Özbəkistan parlamentinə daxil olub və ən çox səsi hakim Özbəkistan Liberal Demokrat Partiyası əldə edib.
AzerTimes xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev deyib.
“Partiya siyahılarına görə ilkin nəticələr belədir: Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokrat Partiyası 34,75% səs, Özbəkistanın Demokratik Partiyası (Milli Dirçəliş) 18,82%, Özbəkistan Sosial Demokrat Partiyası (Ədalət) 16,2%, Özbəkistan Xalq Demokratik Partiyası – 13,12%, Özbəkistan Ekologiya Partiyası – 13%”, – o bildirib.
Nizamxocayev majoritar sistemlə verilən səslərin də hesablanmasının nəticələrini açıqlayıb:
“Əlavə edilmiş nəticələrə əsasən, Özbəkistan Liberal Demokrat Partiyası 42,7% səs və parlamentdə 64 mandat alır”.
Qeyd edək ki, Özbəkistanda parlament seçkiləri okryabrın 27-də keçirilib.