Qırğızıstan hakimiyyəti hər il 9 May – Qələbə Günü münasibətilə keçirilən “Ölümsüz Alay” yürüşünü ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İctimai təhlükəsizliyə mövcud təhdidləri nəzərə alaraq, Qırğızıstanda “Ölümsüz Alay” yürüşlərinin ləğv edilməsi qərara alınıb”, – məlumatda qeyd olunub.