Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi LGBT təbliğatına qarşı hazırlanan xalq petisiyasına baxacaq.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.
“Müraciətə baxılma müddəti onun qeydə alındığı gündən 40 iş gününə qədərdir. Bu məsələyə baxılması üçün dövlət qurumlarının və ictimai birliklərin nümayəndələrinin də daxil olduğu işçi qrupu yaradılacaq”, – məlumatda deyilir.
Qeyd edək ki, rəsmi “E-Petition.kz” portalında Qazaxıstanda açıq və gizli LGBT təbliğatına qarşı petisiya dərc edilib. Petisiya hakimiyyət tərəfindən baxılması üçün tələb olunan 50 min imzanı toplayıb.
Hazırda Qazaxıstanda eynicinslilərin nikahına qadağa qoyulsa da, LGBT təbliğatına qanuni qadağa yoxdur.