Türkmənistan İrandan tranzitlə İraqa qaz tədarük etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, “Türkmənqaz”ın rəhbəri ilə İraqın energetika naziri arasında qazın alqı-satqı müqaviləsinin əsas kommersiya şərtləri haqqında protokol imzalanıb.
Sənədə əsasən, beş il ərzində “svop” sxemi üzrə İran vasitəsilə İraqa ildə 9 milyard kubmetr türkmən qazı (gündə təxminən 25 milyon kubmetr) nəql ediləcək.