Azərbaycan-Türkmənistan ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir. 2023-cü ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 88 faizdən çox, son 2 ildə isə təxminən 10 dəfə artıb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında yazıb.
“Türkmənistan-Azərbaycan biznes forumunda ölkələrimizin işgüzar dairələrini bu dinamikanın dayanıqlı olmasına töhfə verməyə, qarşılıqlı investisiya layihələrini dəyərləndirməyə və fəal əməkdaşlığa dəvət etdik”, – Cabbarov qeyd edib.