Özbəkistanda havadan su istehsal edən qurğunun sınaqları başa çatıb.
AzerTimes xəbər verir ki, bunu layihənin həyata keçirildiyi Nəvahi iqtisadi zonasının rəhbəri Həbib Abdullayev deyib.
Onun sözlərinə görə, avadanlıq sutkada min litr su vermək qabiliyyətinə malikdir.
“Layihənin icrasına bu ilin yaz aylarında başlanılıb, onun həyata keçirilməsi üçün yer seçimi havanın temperaturunun yüksək olduğu, səhralaşmanın, su qıtlığının müşahidə olunduğu bölgənin iqlim şəraiti ilə bağlıdır. Havadan içməli su hasil edən zavod aşağı enerji istehlakına malikdir və bu, bərpa olunan enerji mənbələrindən – günəş və küləkdən istifadə etməyə imkan verir”, – Abdullayev bildirib.