Bu türk ölkəsi Almaniyaya 1 milyon ton neft göndərir

Bu türk ölkəsi Almaniyaya 1 milyon ton neft göndərir

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək.

AzerTimes Qazaxıstanın milli şirkəti olan “KazMunayGaz”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ilin ilk beş ayında bu ölkədən Almaniyaya təxminən 500 min ton neft göndərilib.

Bildirilir ki, iyun ayının 14-də “KazMunayGaz”ın idarə heyətinin sədri Asxat Xasenov Astanada “Karachaganak Petroleum Operating B.V.” şirkətinin baş direktoru Marko Marsili ilə görüşüb.

Tərəflər Qazaxıstan karbohidrogenlərinə Qərbi Avropada artan tələbat fonunda “Karachaganak” yatağından çıxarılan neftin ixracını müzakirə ediblər.

Qeyd olunub ki, 2023-cü ildə “Karachaganak” yatağından çıxarılan təxminən 1 milyon ton neft ilk dəfə “KazTransOil” və “Transneft” nəqliyyat sistemləri vasitəsilə Almaniyaya çatdırılıb.

Teqlər: