Bu tibbi xidmətlər ödənişsizdir

Xəbər - Humay Ağacanova – Trend:

Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil
olan 2550 sayda tibbi xidmət ödənişsiz göstərilir.

Bu barədə
Trend
-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunan 2550 sayda tibbi xidmətə daxildir:

  • ilkin səhiyyə xidməti – 35
  • təcili və təxirəsalınmaz tibbi yardım xidməti – 6
  • ixtisaslaşdırılmış ambulator yardım xidmət – 508
  • laboratoriya xidməti – 731
  • fizioterapiya xidməti – 26
  • invaziv radiologiya xidməti – 39
  • stasionar cərrahi xidmət – 950
  • stasionar terapevtik xidmət – 255

Həmçinin bildirilib ki, ölkədə geniş yayılmış, əlillik və ölüm
riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi
sığorta təminatı hesabına həyata keçirilir.

“Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər
3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin
insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər
ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin,
mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və
parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar,
zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi, eləcə də, göz,
qulaq, burun və boğaz xəstəliklərinin müalicəsi icbari tibbi
sığorta təminatı hesabına həyata keçirilir” – deyə məlumatda
bildirilib.

Teqlər: