Xəbər - Humay Ağacanova – Trend:
Səhiyyədə insan kapitalının gücləndirilməsində təhsil çox vacib addımdır.
AzerTimes-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ixtisaslı işçi qüvvəsi səhiyyənin ən güclü resursudur.
“Nazirliyə əsas şikayətlər radiologiya və stomatologiya üzərindən gəlirdi. Bu da onunla bağlı idi ki, imtahan zamanı istifafə olunan sual toplusu alt ixtisaslar üzrə kifayət qədər kasad idi. Çox qısa müddətdə işçi qrup yaradıldı və yeni suallar toplusu tərtib olundu”, – deyə nazir əlavə edib.