Xəbər - Çingiz Səfərli – Trend:
Tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb.
AzerTimes xəbər verir ki, əvvəlki qaydaya görə, 16 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 21-ə yüksəlib.
Həmçinin, daha bir dəyişikliklə tibb müəsissələrində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvlərinə aylıq sabit 200 manat həvəsləndirici əlavənin ödənilməsi müəyyən edilib.