ABŞ Konqresinin Senatı Kiyevə yardım üçün vəsait ayıran qanun layihələrini tez bir zamanda təsdiq etməlidir ki, Ukraynaya mümkün qədər tez silah göndərilsin.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.
“Mən səs verən iki partiyalı qanunverici koalisiyaya təşəkkür etmək istəyirəm. Qanun layihələri mənim stolumun üstündə olmalıdır ki, mən onu imzalaya bilim. Ukraynanın döyüş meydanında təcili ehtiyaclarını ödəmək üçün dərhal silah və texnika göndərək”, – Bayden vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib. İndi bu məsələyə ABŞ Senatı baxmalı və daha sonra ABŞ Prezidenti Co Bayden imzalamalıdır. Qanun layihəsinə əsasən ABŞ Ukraynaya 61 milyard dollara yaxın məbləğdə yardım ayıracaq.