Bu təxribatları görməzdən gəlməyəcəyik – Altun

Bu təxribatları görməzdən gəlməyəcəyik – Altun

Dinimizə və bayrağımıza qarşı iyrənc hücumun təkrarlanmasını qətiyyətlə pisləyirəm. Danimarka səlahiyyətliləri bu islamofob, ksenofob və irqçi hərəkətləri ifadə azadlığı hesab edə bilməz.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fəxrəddin Altun Danimarkada Quran və Türkiyə bayrağına hücuma münasibət bildirərkən deyib.

“Bunlar rəsmi olaraq bizi mənfi şəkildə göstərmək, müsəlmanlardan və türk xalqından sərt reaksiya almaq üçün edilən təxribatlardır. Biz bu oyunu oynamayacağıq, ancaq bunlara görməməzlikdən də gəlməyəcəyik”, – F.Altun qeyd edib.

Teqlər: