Bu, təlim deyil, NATO-nun savaşa hazırlığıdır – Şok

Bu, təlim deyil, NATO-nun savaşa hazırlığıdır – Şok

NATO öz tarixinin ən böyük “Sabit müdafiəçi 2024” (Steadfast Defender 2024) təlimini keçirməyi planlaşdırır və bu təlim III Dünya müharibəsinin başlanğıcını imitasiya edir.

AzerTimes xəbər verir ki, bu barədə İspaniyanın ABC nəşri yazır.

Nəşrdə qeyd edildiyi kimi, təlimlərin ssenarisinə əsasən, Rusiya ilə böyük oxşarlıqlara malik olan “Okkasus” adlı şərti düşmən ittifaqa üzv ölkəyə hücum edir. Bundan sonra kollektiv müdafiə maddəsi qüvvəyə minir.

Nəşrin məlumatına görə, bütün NATO ölkələri təlimlərdə iştirak etmək üçün öz hərbçilərini göndərəcək. Hətta bloka qoşulma prosedurunu hələ başa çatdırmamış İsveç də təlimə qatılacaq.

Təlimlər Almaniya, Polşa və Baltikyanı ölkələrdə, eləcə də Şimal dənizində baş tutacaq.

Eyni zamanda, ispan jurnalistlər “bu, adi məşqlərdən daha çox ola bilər” fərziyyəsini irəli sürürlər.

Qeyd edək ki, təlim gələn həftə başlayacaq.

Teqlər: