Bu imtahan sessiyasından başlayaraq, ali məktəblərdə 1-2 akademik borcu olan oğlan tələbələr bu borclarını ödədikdən sonra hərbi xidmətə gedə biləcəklər.
Bununla bağlı bu gün keçirilən mətbuat konfransında məlumat vetən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib.
Y.Piriyev bildirib ki, əvvəllər oğlan tələbələrin tədris müddətində akademik borcları qalırdısa, onlar artıq 1 il yarım getmək məcburiyyətində qalırdı: “Lakin artıq artıq oğrlan tələbələr yeni qyadalara əsasən imtahan sessiyası başa çatandan sonra 1-2 fənn üzrə akademik borcunu ödəyib ləğv edərək əsgərliyə gedə biləcəklər. Ali məktəblərdə iyulun 5-dək ali məktəblərdə sessiyalar davam edir. Həmin tələbələr imkan yaradılacaq ki, onlar akademik borclarını ləğv etsinlər. Lakin bu yalnız 1 və ya 2 akadmeik borcu olanlara aiddir. Bundan sonra tələbələrə imkan yaradılacaq ki, dövlət imtahanı versin, buraxılış işlərini müdafiə etsin, akademik borclarını ləğv edib ordu sıralarına getsinlər”.
Nazirlik rəsmisi qeyd edib ki, bu gün nazirlikdə prorektorların iştirakı ilə iclas keçiriləcək və orada göstəriş veriləcək. Onun sözlərinə görə, bu gün IV kursu bitirən 2000-ə yaxın tələbə var. Aparılan araşdrımalara görə, bu gün ali təhsil müəssisəsini bitirənlərin təxminən 6%-nin 1 və ya 2 akademik borcu var.