Soyuq müharibədən sonrakı beynəlxalq sistem artıq mövcudluğunu dayandırıb və ABŞ hegemon statusunu itirib.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell bildirib.
“Soyuq müharibədən sonra yaşadığımız beynəlxalq sistem mövcud olmağı dayandırdı, Amerika hegemon statusunu itirdi və 1945-ci ildən sonrakı dünya nizamı çökür”, – Borrell vurğulayıb.
O bildirib ki, bütün bunların fonunda AB və Böyük Britaniyanın rolu müəyyən edilməlidir:
“Amma bu, artan təhlükələrə necə cavab verməyimizdən asılı olacaq. Avropanın “ölə” biləcəyi ilə bağlı xəbərdarlıqları eşitdiyimiz üçün bu, təcili əhəmiyyət kəsb edir”.