Bu tarixlərdə böyük sürprizlər olacaq – Video

Bu tarixlərdə böyük sürprizlər olacaq – Video

Bol endirimli, müxtəlif kampaniyalı alış-veriş həftəsi yaxınlaşır.

AzerTimes Xəzər TV-yə istinadən xəbər verir ki, dilimizə “Qara Cümə” kimi tərcümə edilən “Black Friday” alış-veriş aksiyası ölkəmizdə də geniş yayılıb. İnsanlar həmin günü səbirsizliklə gözləyir, endirimlərdən yararlanmağa çalışırlar. Məhz bu səbəbdən “qara cümə”də bir çox mağazaların qarşısında izdiham müşahidə edilir. İnsanların bəziləri endirimlərdən yararlandıqlarını bildirsələr də, bəziləri göstərilən faizlərin real olduğuna inanmırlar.

Artıq mağazalarda qara cümə ilə bağlı hazırlıqlara başlanılıb. Satıcıların sözlərinə görə, hər məhsulda azı 50 faiz endirim edilir. Həmin gün belə ticarət obyektləri vaxtından əvvəl açılır və daha gec bağlanılır. Satıcılar bildirirlər ki, müştərilərindidən mağazalara yaxınlaşaraq endirim faizləri ilə maraqlanırlar.

Marketinq və binesin idarə edilməsi üzrə mütəxəssis Elxan Mərdanlı deyir ki, adətən bu kompaniya noyabr ayının son həftəsinin cümə gününə təsadüf edir. Bəzi ölkələrdə bu, 1 gün, bəzilərində 3 və ya 5 gün keçirilir. Şirkətlər ya il ərzində alınmayan məhsulları satmaq, ya da markalarına marağı artırmaq üçün yüksək faizli endirimlər edirlər. Ölkəmizdə isə “qara cümə”dən iki həftə əvvəl alış-veriş festivalı başlayır.

Elxan Mərdanlı bildirir ki, Azərbaycanda endirim faizləri digər ölkələrdə müqayisədə azdır. Bunun da səbəbi idxal həcminin çox olmasıdır. Həmçinin ölkəmizə gətirilən tekstil məhsullarına əlavə dəyər vergisi və 15 faiz gömrük rüsumunun qoyulmasıda məhsulların maya dəyərini artırır.

Mütəxəssis qeyd edib ki, istehsal sahələri inkişaf etdirilərsə, Azərbaycanda da qiymətlər aşağı ola bilər.

Teqlər: