Fransa prezidenti iyunun 30-na təyin edilmiş növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, mandatının sonuna kimi xarici siyasət sahəsində öz strategiyasını qoruyacaq.
AzerTimes xəbər verir ki, bunu Fransa lideri Emmanuel Makron İtaliyada keçirilən Yeddilik Qrupunun (G7) sammiti çərçivəsində jurnalistlərə deyib.
“Böyük yeddilikdə Fransanı respublika prezidenti təmsil edir, sizi əmin edə bilərəm ki, Fransa 2027-ci ilin yayına qədər prezidentini dəyişməyəcək”, – deyə Makron bildirib.
Qeyd edək ki, iyunun 9-da Makron Avropa Parlamentinə seçkilərdə tərəfdarlarının məğlubiyyətindən sonra Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası) buraxmaq qərarına gəlib.Fransada parlament seçkilərinin birinci turu 30 iyunda, ikinci turu 7 iyulda keçiriləcək.