Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq.
AzerTimes xəbər verir ki, bunu K Group MMC-nin (“Bakı Kart”ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, hazırda bu istiqamətdə iş aparılır:
“Cari ilin sonuna kimi “Bakı Kart” aktiv olduğu ərazilərdə bu funksiya aktiv fəaliyyət göstərəcək”.