Noyabrın sonuna qədər Ukrayna sülhə nail olmaq üçün fəaliyyət planı hazırlayacaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Kiyev ərazi bütövlüyü məsələlərində müvafiq ölkələrlə ətraflı müzakirələrə başlayacaq.
Zelenski Rusiyanın Ukrayna ərazilərini işğal altında saxladığı bir vaxtda atəşkəs çağırışlarına cavab verə bilməyəcəyini vurğulayıb:
“Müharibənin sona çatması səbr, dəstək və diplomatik təzyiq tələb edir, bunlar müharibənin ədalətli başa çatması üçün üç amildir”.