Avropa Birliyi (AB) Ukraynadakı vəziyyətlə əlaqədar yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması mexanizmlərinin müzakirəsi hələ də davam edir və bu məsələ ilə bağlı qərarın yaxın vaxtlarda verilmə ehtimalı azdır.