Ukraynaya qarşı müharibə zamanı Rusiya ordusu artıq hücum potensialını itirib.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hoces deyib.
“Problemlərə baxmayaraq, rusların artilleriya və MLRS-də üstünlüyü hələ də var. Lakin fikrimcə, bu, onların (Rusiya ordusunun – red.) son hücum atışları ola bilər. Onlar artıq irəliləməyə davam edə bilmirlər. Əsgərləri tükənib, maddi-texniki təminatı pozulub”, – o bildirib.
Hoces qeyd edib ki, avqustun sonuna qədər, bəlkə də ondan da əvvəl Rusiya silahlı qüvvələri artilleriyadan atəş açmaqdan başqa heç nəyə qadir olmayacaq.