Bu tarixdə Füzulidə bayram tədbirləri olacaq – Əliyev

Bu tarixdə Füzulidə bayram tədbirləri olacaq – Əliyev

Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Laçın rayonunun Zabux kənd sakinləri ilə görüşündə deyib.

“Bu gün Laçın Şəhəri Günüdür. Çünki 26 avqust – keçən ilin bu günündə ordumuz Laçın şəhərinə daxil oldu. Beləliklə, 26 avqust bundan sonra Laçın Şəhəri Günü kimi qeyd olunacaq. Azad edilmiş bütün şəhərlərimizin şəhər günləri təsis edildi. Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq”, – prezident qeyd edib.

Teqlər: