Aprelin 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı
dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat
verilib.
Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial
Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət
sosial yardımı üzrə əhaliyə 5,43 mlrd. manat vəsait ödənilib.