Xəbər - Humay Ağacanova – Trend:
Martın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu
üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə
tutulub.
Bu barədə
Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik
şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Qeyd edək ki, ölkəmizdə növbəti sosial islahat paketinin tərkib
hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla
minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20%
artımla 200 manatdan 240 manata çatdırılıb. Minimum pensiyanın
artırılması 65 min pensiyaçını əhatə edir. Onlardan 44 min şəxsin
pensiyaları artırılaraq 240 manata çatdırılıb. Digərləri isə il
ərzində pensiyaya çıxacaq şəxslər olacaq ki, onlara təyin edilən
pensiyanın minimum məbləği artıq 200 deyil, 240 manat təşkil
edəcək. Artım üçün illik 13,2 milyon manat əlavə vəsait
ayrılıb.