Bu, sübut edir ki, Putin Priqojinlə üsyanı razılaşdırmışdı

Bu, sübut edir ki, Putin Priqojinlə üsyanı razılaşdırmışdı

“Vaqner” rəhbəri Yevgeni Priqojinin üsyanı generalları sınaqdan keçirmək üçün Putinlə razılaşdırılmış xüsusi əməliyyat idi.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çıxış edib.

“Bu gün biz artıq deyə bilərik ki, bu, Putinlə razılaşdırılmış xüsusi əməliyyat idi. Bu, Putinə və onun ətrafına o qədər də bağlı olmayan generalları müəyyən etmək üçün razılaşdırılmışdı”, – Danilov vurğulayıb.

O əlavə edib ki, artıq vəzifələrindən uzaqlaşdırılan generalların sayı ilə bağlı bir fikir var, onların bəziləri dəmir barmaqlıqlar arxasındadır.

Teqlər: