Ermənistanın Gürcüstanla dövlətlərarası yolunun Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindən keçən hissəsi bu gündən işləməyəcək.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, Ermənistanın yol polisləri avtomobillərə Açarkut kəndindən yeni yolun tikildiyini və oradan istifadə etməli olduqlarını bildirir.
Kənddə Azərbaycanla sərhəd divarı çəkilən ərzidə qazıntı işlərinin aparıldığı deyilir. Ehtimal olunur ki, həmin ərazidə sərhədboyu tikanlı məftillər çəkiləcək.
Xatırladaq ki, artıq bir neçə gündür dövlətlərarası yolun Azərbaycanın nəzarətinə keçəcəyinə dair məlumatlar yayılırdı. Ermənistan sərhəd xidmətinin bu istiqamətdə yekun işlər gördüyü bildirilirdi. Tavuş bölgəsindən başlayan demarkasiya prosesi nəticəsində Kirants kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Sərhəd xətti kəndi iki hissəyə ayırıb.